Sinif nümayəndələri ilə iclas keçirildi

7 fevral 2022-ci il tarixində məktəbin Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən yuxarı siniflərin sinif nümayəndələri ilə iclas keçirildi. İclasda siniflərin ümumi vəziyyəti, şagird özünü idarə etmə orqanlarının fəaliyyəti haqqında məlumat, dərsə davamiyyət, siniflərin təmizliyi, məktəbli geyimləri, məktəbli kitabçaları, şagird-müəllim münasibətləri, şagird-şagird münasibətləri və məktəbdaxili nizam-intizam qaydalarına riayət olunması kimi məsələlər müzakirə olundu. İclasda məktəb psixolqu Samirə Rzayeva da iştirak etmiş, uşaqlarla söhbət aparmış və öz tövsiyələrini vermişdir.