"Çempionumuzu Tanıyaq"  layihəsinin qonaqları

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi , Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan İdman Könüllüləri  İctimai Birliyinin təşəbbüsü və Xəzər Rayon Gənclər və İdman İdarəsinin 121 nömrəli tam orta məktəbin birgə  təşkilatçılığı ilə "Çempionumuzu Tanıyaq"  layihəsinin bu günkü qonaqları Vəliyeva Sevda və Rəhimli Hüseyn olmuşdur. Tədbirdə  məktəbin direktoru Abdullayev Akif  çıxış edərək tədbiri açıq elan etmiş daha sonra idarə rəisi Vüqar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlamış, daha sonra idmançılarımız Vəliyeva Sevda və Rəhimli Hüseyn çıxış etmişlər. Bununla yanaşı qeyd edək ki , idmançılarımız Vəliyeva Sevda Rasim qızı 24 dekabr 1997 -ci ildə anadan olmuş, 2004-2015 ci illərdə Xəzər rayonu Ə.Quliyev adına 121 nömrəli məktəbdə təhsil almışdır. 2008 -ci ildən etibarən Neftçi idman klubnda Cüdo idman növünə başlamışdır. 2019 -cu ildə Azərbaycan Respublikasının idman ustası adına layiq görülmüş   və həmin ildə Heydər Əliyev adına Grand-prix para-cüdo üzrə qızıl medal mükafatçısıdır. 2021 -ci ildə isə İBSA Grand -prix Bakı qızıl mükafatcısı, Tokio 2020 Yay paraolimpiya oyunlarının qızıl medal mükafatçısıdır.

Rəhimli Hüseyn Natiq oğlu 121 nömrəli məktəbin 1ci sinfinə qəbul olmuş , 2012- ci ildə XI sinfin bitirib. Tokio 2020 Yay paraolimpiya oyunlarının qızıl medal mükafatçısıdır. Bundan əlavə əvvəlki illərdə müxtəlif Beynəlxalq  yarışlarda qızıl , gümüş medallar qazanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi