20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirildi

19 yanvar 2022-ci il tarixində 121 saylı tam orta məktəbdə qanlı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir.İlk dərs saatları 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş dərslərlə başladı .Hər bir fənn müəllimləri bu gün haqqında gələcəyimiz olan şagirdlərə məlumat verdi.Sonra rəsm sərgisi təşkil olundu.1-4-cu sinif şagirdləri Şəhidlərimizə həsr olunmuş şer və mahnılarla çıxış etdi.Tarix müəllimi Bayramova Surayyə muəlimə ilk Müstəqillik Şəhidləri başlıqlı altında dəyirmi masa keçirərək şagirdlərə bu günün vacib və yadda qalan olması barədə məlumat çatdırdı.Vətənin keşiyində durmaq hazırlaşan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və tarixin qanlı Yanvar faciəsinin 32 -ci ildönümü ilə əlaqədar hərbi Rəhbər Seymur Bilalov 9-11-ci sinif şagirdləri ilə bərabər tədbir keçirdi.Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva il ərzində tədris və tərbiyə sahəsində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə bir çox marifləndirici tədbirlərin və layihələrin həyata keçirilməsi haqqında tədbir iştirakçılarına məlumat verdi.Sinif təşkilat saatlarında xalqımızın qan yaddaşına əbədi həkk olunmuş tariximizin qan yaddaşı barədə sinif rəhbərlərinin fəaliyyətini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi