"Şəhidin əziz xatirəsinə" adlı tədbir keçirildi

Xəzər rayonu Ə.Quliyev adına 121 saylı orta məktəbdə şəhid Səlimov Cəmil Oktay oğlunun 15.01.2021-ci il tarixində doğum günü keçirdi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova açıq elan etdi. Sonra söz direktor Abdullayev Akif müəllimə verildi Akif müəllim şəhidin məktəb həyatından bəhs edən xatirəsindən danışdı.Daha sonra söz Azərbaycan Silahlı qüvvələrinin ehtiyatda olan zabiti hərbi Rəhbər Seymur Bilalova verildi. 44 günlük vətən müharibəsi zamanı şəhid olan əsgər və zabitlərimizdən onların keçdiyi şərəfli yola nəzər salaraq Şəhid Cəmil Səlimovun döyüş bölgəsində yaralı əsgərlər həkim kimi ilk yardim gostərərək Şəhidlik zirvəsinə yüksəldiyini vurğuladı.Cənab Zabit Polkovnik Seymur Bilalova bundan sonra ki, fəaliyyət zamanı da tədrisdə yüksək hərbi vətənpərvərlik ruhunda şagirdlərin yetişməsində öz xidmətini göstərəcəyini bildirərək Şəhid anasına və ailəsinə belə mərd, şərəfli, qeyrətli oğul böyütdüyü üçün öz təşəkkürünü bildirdi. Çıxış üçün söz "Yarımçıq qalan ömür" kitabın müəllifi Dürdanə Abdullayevaya verildi. Çıxışında Xanım şəhidlərin əbədi xatirəsini öz qələmi ilə yaddaşlara köçürərək gənc nəslin təlim-tərbiyəsində xüsusi rolu olacağını vurğuladı. Kitablar məktəbin müdiriyyətinə, tədbir iştirakçılarına elecədə yuxarı sinif şagirdlərinə və fənn müəllimlərinə təqdim olundu.Tədbir iştirakçıları və qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək əlil qoydular