İngilis dili fənnindən Va , Vb, Vc, Vç sinifləri arasında “Breyn-rinq” bilik yarışı keçirildi. Yarış ingilis dili müəllimi Məmmədova Ülkər tərəfindən aparıldı. Bilik yarışı şagirdlərin ingilis dili fənnini necə mənimsədiklərini, hansı bilik və bacarığa malik olduqlarını yoxlamaq məqsədi ilə aparılmışdı. Yarışda şagirdlər çox fəallıq göstərdilər. Komandalar verilmiş vaxtdan düzgün istifadə edərək suallara tam və dolğun cavab verdilər. Bu yarışda Va sinfinin komandası I yerə , Vb sinfinin komandası II yerə, Vc sinfinin komandası III yerə layiq görüldülər. Qalib komanda müdriyyət tərəfindən rəğbətləndirildi.