“ Elastiklik qüvvəsi. Huk qanunu “ mövzusunda açıq dərs

05.01.22 tarixində məktəbin fizika müəllimi Rəhimə Əşrəfovanın 7ə sinfində “ Elastiklik qüvvəsi. Huk qanunu “ mövzusunda açıq dərsi keçirildi. Dərsdə şagirdlərə deformasiya və onun növləri, elastiklik qüvvəsi, Huk qanunu izah edildi. Mövzuya dair təqdimat nümayiş edildi. Deformasiyanın növlərinə və Huk qanunun izahına aid təcrübələr aparıldı. Qruplara iş vərəqləri paylandı , verilmiş tapşırıqlar yerinə yetirildi və qrup liderləri tərəfindən təqdim edildi. Sonda qrupların və şagirdlərin bilikləri qiymətləndirildi.