“Vulkanlar və qeyzerlər” mövzusunda açıq dərs

21.12.2021 ci il tarixində Coğrafiya müəllimi Fərid Abdinov tərəfindən 6B sinifində “Vulkanlar və qeyzerlər” mövzusunda açıq dərs təşkil edilmişdir. İlk öncə mövzu ilə əlaqədar video çarx nümayiş etdirildi və şagirdlərdə təfəkkürün inkişafına yönəlmiş açıq suallar verildi. Şagirdlərin bu barədə fikirləri dinlənildi. Daha sonra mövzu ətrafında qoyulan tədqiqiat sualı əsasında tədqiqat işi aparılmış və mübadilə prosesi həyatan keçirilmişdir. Şagirdlərə işçi vərəqlər paylanılmış,təqdimatları dinlənilmişdir. Dərsin sonunda əyani vəsait vasitəsi ilə vulkan püskürməsi nümayiş etdirilmişdir.