Sadə Şəkərin həyatımızda rolu

21 dekabr 2021-ci il tarixdə məktəbin tibb bacısı Ləyaqət Əbdurəhmanova “Sadə şəkərin həyatımızda rolu” adlı “Dəyirmi masa” keçirildi. Masada V-IX sinif şagirdləri iştirak etdilər.Tədbirdə sadə şəkərin gündəlik həyatımıza, qida rasionumuza daxil olan əsas komponentlərdən biri olduğu vurğulandı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə sağlam insan üçün sadə şəkərin sutkalıq miqdarı insanın enerji tələbatının 10%-dən çox olmaması norma kimi qəbul edilir. Normadan artıq qəbul edilən şəkər ağır xəstəliklərin yaranmasına səbəb olur. Buna misal olaraq- piylənmə, ürək fəaliyyətinin ciddi pozulması, mədəaltı vəzinin funksiyalarının pozulmalarını göstərmək olar.
Bu fəsadlardan qorunmaq üçün qəbul etdiyimiz şəkeri orqanizmimizə təbii balla, təzə və quru meyvələrlə daxil etməyimizdən danışıldıSonda şagirdlər öz fikirlərini söylədilər.