Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması

20 dekabr 2021-ci il tarixində  məktəbin texnologiya müəllimi Ləman Qəhrəmanova ”Dəyirmi masa” keçirdi. Müəllim şagirdlərə plastik tullantıların ətraf mühitə mənfi təsiri  haqda məlumat verdi. Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tullantılarıdır. Plastik tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların, daha böyük templə çoxalmasına təkan verib. Hazırda plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır.

“Dəyirmi masa”da şagirdlərlə müzakirə aparıldı.Onların plastik tullantıların zərərləri haqqında topladığı məlumatlar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi