“Xalçaçılıq. Əl ilə toxunan xalçalar” haqqında dəyirmi masa

23.11.2021-ci il tarixində Bənövşə Bayramova “Xalçaçılıq. Əl ilə toxunan xalçalar” haqqında dəyirmi masa keçirdi. Dəyirmi masa”da Azərbaycanda xalçaçılığın inkişafı, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunnması haqqında qədim dünya tarixçilərinin verdikləri məlumatlardan bəhs edildi. Alban tarixçisi Musa Kalankatlının (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında verdiyi məlumatlar, xalçaçılıq məktəbləri, onların bədii xüsusiyyətləri haqqında məlumatlar “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıldı.