"Bioloji müxtəliflik" adlı dəyirmi masa

22 noyabr tarixində məktəbin biologiya müəllimi Sevil Cəfərova  IX "A"  sinfində Bioloji müxtəliflik" adlı dəyirmi masa keçirtdi. müəllim bir çox əsas məqamlara toxundu. Təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrin ən mühüm və qlobal problemlərindən biridir. Bioloji müxtəliflik yer üzərində bütün canlıların – mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Təbii sərvətlərin ayrılmaz hissəsi olan bioloji müxtəliflik nəhəng, lakin hələ də tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir. O, bütün ekosistemləri əhatə etməklə həyatın mövcudluğunu əsasını təşkil edir. Bioloji müxtəliflik insanları ərzaq, geyim, enerji və digər materiallarla təmin edir. mövzu haqqında ətraflı məlumat alan şagirdlər də öz düşüncələrini müəllim ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi