Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəblimizin təssüratları

Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan tədbir iştirakçılarını Uşaqların V Ümumrespublika Forumu və 20 Noyabr - Ümumdünya Uşaq Günü münasibətilə təbrik edib.  Min Yuan bildirib ki, uşaqlara, onların gələcəyinə yatırılan sərmayə, eyni zamanda, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin yay məktəblərinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə malik 350-yə yaxın uşaq iştirak edib. Iştirakçılar arasında məktəbimizin 11"B" sinif şagirdi Həsənəli Nəcəfzadə yer alıb. Həsənəli formda  öz çıxışı ilə fərqlənib və diplomla təltif olunub. Şagirdimizə uğurlar və müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi