Gənc müəllimlər şurasının iclası keçirildi

15.11.2021-ci il tarixində Təlim Tərbiyə işləri üzrə Direktor Müavini Həmişəxanım Bayramova və psixoloq Quliyeva Samirə gənc müəllimlərlə iclas keçirtdilər. İclası Həmişəxanım Bayramova pedaqoji stajına yeni başlamış gənc müəlliməri təbrik edərək açdı. Psixoloq Samirə xanım gənc müəllimlərə yuxarı sinif şagirdləri ilə davranış qaydalarını xüsusi olaraq vurğuladı. İclasın gündəlik məsələsinə aid olan gənc müəllimlərin Sədrinin təyin olunması idiş Gənc müəllimlərin səs çoxluğu ilə Sədri İlahə Nəcəfzadə seçildi. Gənc müəllimi hər kəs təbrik etdi və məsuliyyətli işində müvəffəqiyyətlər arzuladılar.