Tarixi abidələrin qorunması və bərpası adlı dəyirmi masa

11.11.2021-ci il tarixində 5”C” sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Şahnaz Dadaşova tərəfindən "Tarixi abidələrin qorunması və bərpası" adlı "Dəyirmi masa" keçirildi.
Masada şagirdlər mədəniyyətin inciləri Qarabağ xalçaları,Mərdəkan qalası, Şirvanşahlar sarayı, Nardaran qalası, Qız qalası haqqında maraqlı məlumatlar təqdim etdilər.
44 günlük Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbəyə diqqəti çəkən müəllim dünya şöhrətli Qarabağ xalçaları haqqında danışdı. Şagirdlər "Dastana döndü" mahnısını həvəslə ifa etdilər.