“Breyn-rinq” intellektual yarış

10.11.2021-ci il tarixində Tamam Musayevanın rəhbərliyi ilə 6-cı sinif şagirdləri arasında “8 noyabr Zəfər günü”nə həsr edilmiş “Breyn-rinq” intellektual yarışı keçirildi. Yarış dövlət himninin səslənməsi ilə başladı. “44 günlük müharibə” də şəhid olanların xatirəsi yad edildi. 5 komandanın iştirakı ilə keçən yarışda sinifləri “Zəfər”, “Polad”, “Şuşa”, “Vətən” və “Xarıbülbül” komandaları təmsil edirdilər. “Breyn-rinq”in qalibi 6 d sinfi “Polad” komandası oldu. Qalib komanda “Dastana dönən Xudayar təsnifi” sədaları altında mükafatlandırıldı.