"Ustad aşıq" adlı qiraət gecəsi

20 oktyabr 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin və v - x sinif şagirdlərinin iştirakı ilə Aşıq Ələsgər yaradıcılığı ilə bağlı "Ustad aşıq" adlı qiraət gecəsi keçirilmişdir.Tədbirdə çıxış edən müəllimlər Azərbaycan aşıq sənətinin zənginləşməsində misilsiz xidməti olan Aşıq Ələsgərin yaradıcılığı haqqında geniş və ətraflı məlumat verdilər.
Əsgərova Rəqsanə müəllim xıx əsr aşıq şeirinin ustad yaradıcılarından olan Ələsgərin qoşmaları və aşıq sənətinə gətirdiyi dodaqdəyməz,cığalı təcnis, ayaqlı təcnis kimi növlərindən danışdı.
Şagirdlərimiz aşığın müxtəlif mövzularda, xüsusən Azərbaycan təbiətinin füsunkar gözəlliyini əls etdirən qoşmalarını əzbər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi