Məktəb seçimi başlayır

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start verilir.

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Bundan başqa, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, müsahibədən uğurla keçmiş və avtomatik olaraq proqram təminatı vasitəsilə birinci sinfə yerləşdirilən uşaqların valideynləri ( qanuni nümayəndə) fərqli məktəb və sinif seçə bilərlər. Bunun üçün qeyd edilən tarixdən etibarən “Şəxsi kabinet”ə daxil olaraq sorğunu silib yeni sorğu yaratmaq mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM