Lütfi Zadənin elmi yaradıcılığı

10 iyun 2021-ci ildə 121 nömrəli məktəbin V- VII sinif şagirdlərinin, riyaziyyat və informatika müəllimlərinin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr  olunmuş “Dəyirmi masa” keçirildi. Dəyirmi masada Lütfi Zadənin dünya elminə töhvəsi olan 6 mühüm nəzəriyyəsi, hazırda onların elm və istehsalatda geniş şəkildə tətbiq olunması, eyni zamanda ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi və bu nəzəriyyənin  riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verməsi, elmdə qeyri-səlis ölçünün daxil edilməsi haqqında müəllimlər geniş söhbət apardılar. Eyni zamanda bu ixtiraların təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratması da qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi