Nizami Gəncəvinin 880 illik yubileyinə dair

121 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri - Səlimova  Əzizə, Xəyalə Zamanova və Ələkbərova  Səmral məktəbin kitabxanasında şagirdlərlə “Kitabxanada şagirdlərlə Nizami  Gəncəvi əsərlərinin qiraəti” adlı bədii gecə təşkil etmişlər.

Şagirdlər bədii gecədə fəal iştirak etmiş, müəllimlərin N. Gəncəvi yaradıcılığına dair söylədikləri əlavə məlumatlarla biliklərini daha da zənginləşdirmişlər.

9-cu sinif şagirdi Əkbərli Vaqifin Nizami  Gəncəvi yaradıcılığına sevgisi və söylədiyi şeirlər hər kəs tərəfindən çox bəyənilib.

Müəllimlər: Səlimova  Əzizə və Ələkbərova  Səmral tərəfindən təşkil olunan  “Virtual səyahət” uşaqların həddən artıq marağına səbəb olmuş, virtual şəkildə olsa da Nizami Gəncəvi Adına Azərbaycan  Ədəbiyyatı Muzeyinə səyahət etmiş, muzeydəki eksponatlarla tanış olmuşlar.

Müəllimlər: Musayeva Tamam, Səlimova Əzizə və Zamanova Xəyalə şagirdlər  arasında “Sirlər Xəzinəsi” adlı şeir müsabiqəsi  elan etmişdir. Şagirdlər müsabiqədə fəal iştirak ediblər. Müsabiqədə 6ç sinfindən Həsənov Zəka, Budaqova Rəhimə, Haşımlı Malik, Quliyeva Xədicə, 8a sinfindən Abıyeva Zivər, Əliyeva Validə, Hüseynzadə Brilliant, Məmmədzadə Şövkət  Nizami Gəncəvi yaradıcılığdan  ən gözəl  incilərini ifadəli söyləmişlər.

Müəllimlər müsabiqənin sonunda öz qeydlərini şagirdlərin nəzərinə çatdırmış və müsabiqənin qalibini elan etmişlər. 8a sinif şagirdi Abiyeva Zivər müsabiqədə fərqlənmiş və qalib elan edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi