Vətənpərvərlik ruhunun yüksəldilməsi

Şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və aşıllanması mövzusunda 07.05.2021-ci il tarixində Psixoloq Samirə Rzayeva və təşkilatçı Elnarə Kərimova tərəfindən onlayn vebinar keçirilmişdir.Vebinarda V - IX sinif şagirdiləri və sinif rəhbərləri fənn müəllimləri iştirak edirdi.Vebinari açıq elan edib çıxışa başlayan psixoloq hər bir şagirddə vətənə  məhəbbət hissinin yaranmasına vətəndaş  kimi formalaşmasında düzgün psixoloji amillərin olduğunu vurğuladi. İl ərzində Vətənpərvərlik mövzusunda bir sıra işlər həyata keçirilmişdir ki, bu işlərdə 2 - ci Qarabağ müharibəsi dövründə öz bəhrəsini verdi . Hər bir Azərbaycanlı vətənin azadlığı uğrunda döyüşlərə can atır, fəallıq göstərib ön  cəbhəyə doğru addimlayırdı.Belə qəhrəman igidləri məktəb partaları arxasında yetişdirən ziyalı təbəqələrə borcluyuq. Samirə Rzayeva çıxışı zamanı hər bir  şagirdə vətən sevgisinin yüksək olmasını vurğuladı.Təşkilatçi Elnarə Kərimova təlim tərbiyə prosesində Vətənpərvərlik mövzusunda silsilə tədbirlərin keçirilməsində fəallıq edən sinif rəhbərləri və fənn müəllimlərindən danışdı və sözünü ulu öndər Heydər Əliyevin gözəl bir kəlamı ilə "Biz fəxr edirik ki Azərbaycanlıyıq" şüarı ilə tamamladı. Şagirdlər milli qəhrəmanlar eləcədə təhsil aldığı və adını daşıdığı məktəbin şəhid məzunları ilə çıxış etdilər.Bu gün böyük fərəh hissi ilə bildirə bilərik ki, Qalib Azerbaycan gəncliyi yüksək Vətəpərvərlik ruhunda tərbiyə olunur və cəmiyyətə hazırlanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi