Müdriklik zirvəsi Heydər Əliyev

Zəmanəmizin  görkəmli  siyasi  xadimi, xalqımızın  ümummilli  lideri  ,demokratik Azərbaycan dövlətinin  qurucusu  Heydər Əliyevin  anadan  olmasından  98  il  ötür. Adı  Azərbaycan  xalqının  rəmzinə , keçdiyi  ömür  yolu  doğma  torpağa  məhəbbət  və  sədaqət  meyarına  çevrilmiş  Heydər  Əliyev  xalqımızın  bütün  tarixi  ərzində  yetirdiyi    ən böyük   dövlət  və  siyasi   xadimlərindən  biridir. Ulu  öndərimiz Heydər  Əliyev  sovet  siyasi  arenasında  rəhbərliyə  gəlməsinə  baxmayaraq  bütün   maneələri  dəf  edərək müstəqil  düşüncəyə  yol  açmışdır. “Azərbaycan  mənim  ürəyimdir ”  deyən  Ümummilli  lider dünya  azərbaycanlılarını   bir araya  gətirmiş, ordu  quruculuğu ,  təhsil ,səhiyyə,idman ,mədəniyyət  sahələrində   ilklərə  imza  atmışdır.

Heydər  Əliyev  siyasi  irsinin  şagirdlərə   öyrədilməsi  tarix  müəllimlərinin  əsas  vəzifələrindən  biridir. 07 may 2021-ci  il tarixdə   bütün  siniflərdə  Ulu Öndərin  həyatı , fəaliyyəti haqqında  şagirdlərə  onlayn   məlumat  verilmişdir. Şagirdlər   onlayn dərsləri   xüsusi   maraqla dinləmiş  və  öz  məlumatlarını ,rəsm  işlərini təqdim  etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi