"Valideyin - övlad münasibətinin tənzimlənməsi" adlı vebinar keçirildi

Ailə ictimai həyata öz təsirini göstərməklə yanaşı, uşaqların tərbiyəsində ,formalaşmasında ,humanizm və vətənpərvərlik kimi hisslərin aşılanmasında həlledici amildir.Hər bir şəxsin sonrakı taleyi,həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır.Ata və ana uşaqların tərbiyəsinə sağlamlığına və onların psixi,fiziki mənəvi inkişafına görə məsuliyyət daşayır.Düzgün tərbiyənin formalaşması nəticəsində gələcəyin sağlam cəmiyyəti və sağlam şəxsiyyətinin formalaşmasında önəmli rolu olduğu üçün məktəb psixoloqu Rzayeva Samirə 03.05.2021 il tarixində VIII- IX sinif şagirdlərinin valideynləri ilə yeniyetməlik yaş dövründə olan övladlarının böhran, keçid yaş dövrlərində onlarla düzgün davranışın önəmli olduğunu bildirmişdir.