Respublika gününə həsr edilmiş tədbir keçirildi

26 may 2016-ci il tarixində 28 may Respublika günü ilə əlaqədar 5-10-cu sinif şagirdlərinin hazırladıqları “Doğma Yurdum Azərbaycan”adlı kompozisiya keçrildi.Kompozisiyada dövlətimizin müstəqillik əldə etdiyi gündən bəri uğurları və nailiyətləri, atributları, milli sərvətlərimiz haqqında şeirlər, mahnılar, səhnəciklər göstərildi.Musiqi müəllimi Gülnaz Məmmədovanın şagirdlərimizdə bir daha vətənpərvərlik ruhunun yüksəldilməsi və təbliğ edilməsi məqsədi ilə keçirdiyi yüksək səviyəli tədbirdə məktəbin direktoru Akif Abdullayev ,Dərs hissə müdürü H.Bayramova,Tərbiyə işləri üzrə direktor müavini E.Kərimova,Psixoloq S.Rzayeva və Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tədbir haqqında öz tövsiyə və təkliflərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi