118 məktəbli olimpiadanın final turuna vəsiqə qazanıb

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 118 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb. Onlardan 24 nəfər Azərbaycan dili və ədəbiyyat, 11 nəfər biologiya, 18 nəfər coğrafiya, 14 nəfər fizika, 12 nəfər kimya, 10 nəfər riyaziyyat, 16 nəfər tarix, 13 nəfər informatika fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turunda müvəffəqiyyət əldə edib.

Qeyd edək ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçirilib.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi