Fənn olimpiadasının qalibləri ilə görüş

Bildiyimiz kimi istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsi məqsədilə 8-11-ci siniflər arasında Respublika Fənn Olimpiadaları keçirilir. Bir neçə mərhələdə təşkil edilən fənn olimpiadalarında qalib şagirdlərin qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul edilməsi onlarda olimpiadalarda iştirak edərək müvəffəqiyyət qazanmaq marağını artırır. Belə ki, son illərdə respublika fənn olimpiada qalibərinin ali məktəblərə qəbul zamanı topladığı balların daha yüksək olduğu müşahidə edilir.

10-12.02.2021 tarixlərində RFO rayon (şəhər) mərhələsi keçirilmişdir. Müxtəlif fənlər üzrə olimpiadalarda iştirak edən məktəbin şagirdləri Atakışıyeva Esmira  Nəcəfzadə Həsənəli, Hacızadə Elvin yüksək nəticələr göstərərək növbəti tura -respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanmışlar.

Bununla əlaqədar olaraq məktəbin direktoru Akif Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova qalib şagirdlərlə görüşərək söhbət etmişdir. Söhbət zamanı   Akif Abdullayev məktəbin tədbirlər planına uyğun olaraq təhsilalanların bilik , bacarıq və istedadlarının aşkar edilməsi formalaşdırılması, stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri, ümumtəhsil müəssisələrində savadlı və intellektual gənc nəslin yetişdirilməsinin cəmiyyətin gələcək inkişafı üçün ən prioritet məsələlərdən biri və birincisi olduğunu qeyd etdi. Həmişəxanım Bayramova məktəb rəhbərliyinin istedadlı və savadlı şagirdlərin hazırlığı üçün ayırdığı xüsusi diqqətin təqdirəlayiq olduğunu vurğuladı. Məktəb rəhbərliyi şagirdəri təbrik edərək onları məktəbin fəxri Diplomları ilə təltif etdi.

Şagirdlərə növbəti mərhələdə uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi