1 Mart- Ümumdünya Mülki Müdafiə Günü”nə dair seminar keçirildi

“1 Mart- Ümumdünya Mülki Müdafə Günü”  ilə əlaqədar MM qərargahının rəisi Həmişəxanım Bayramova tərəfindən 8-9 -cu siniflər üzrə seminarlar təşkil edildi. Seminarda MM-nin həyatımızda rolundan danışıldı və şagirdlər təlimatlandırıldı. Seminarda bildirildi ki, şagirdlər MM-i dərindən dərk etməli və baş verəcək hər hansı fövqəladə vəziyyətə hazırlıqlı olmalıdırlar. MM Qərargahının rəisi Həmişəxanım Bayramova tərəfindən həmçinin Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, məqsədi, vəzifələri ətraflı şəkildə izah edildi. Seminarda qeyd edildi ki, 1 mart Ümumdünya Mülki Müdafiə Gününü ilk dəfə 1931-ci ilin mayında tibb xidməti generalı Corc Sent Pol Parisdə “Cenevrə regionu assosiasiyası” təşkilatı olaraq təşkil etmişdir. Sonralar bu təşkilat Ümumdünya Mülki Müdafiə(ÜMMT) təşkilatına çevrilmişdir. Hazırda dünyada bu təşkilata 100-dən çox ölkə üzvdür. Azərbaycan da 1993-cü ildən ÜMMT-nin üzvüdür və keçirilən tədbirlərdə fəal iştirak edir. Təşkilatın əsas vəzifələri baş verəcək müharibələrin, sənayedə baş verəcək güclü istehsalat qəzalarının və təbii fəlakətlərin nəticələrinin maksimum dərəcədə aradan qaldırılmasıdır. Belə ki, əhalinin mühafizəsi Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizə zamanı təhlükədə olan insanlar sığınacaqlarda, yeraltı daldanacaqlarda yerləşdirilməli, lazım olarsa sənaye qəzaları zamanı istifadə olunacaq xüsusi qurğulardan və ya maskalardan istifadə edilməlidir. Bu qaydalar məktəbdə oxuyan şagirdlərə, pedaqoji və texniki heyətə öyrədilməli və hər hansı fəlakətə qarşı hazırlıqlı olmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi