Xocalı soyqırımı – bəşəri cinayət

Xocalı   soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 200 il ərzində Azərbaycan xalqı  erməni millətçi – şovinistlərin davamlı  etnik təmizləmə,soyqırım siyasətinə  məruz qalmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Rusiyaya məxsus 366-cı motoatıcı alayın iştirakı ilə  7 min nəfər əhalisi  olan Xocalı şəhərində genosid  aktı  həyata keçirdi. Hücum zamanı şəhərdə 3 minə yaxın insan qalmışdı, çünki 4 aydan artıq blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhəri tərk etməyə məcbur qalmışdı.

Fevralın 25-də keçirilən  Xocalı soyqırımının  29-cu ildönümünə həsr olunmuş videokonfransda  tarix müəllimi  Şahnaz Dadaşova , 5B sinif rəhbəri Ülviyyə Pəncəliyeva və həmin sinfin şagirdləri iştirak etdilər.Konfrans Xocalı soyqırımı  qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı.  Şahnaz Dadaşova çıxışında soyqırım zamanı 613 nəfərin öldürülməsi,487 nəfərin yaralanması,1275 nəfərin əsir götürülməsi, 8 ailənin tamamilə məhv edilməsi faktlarını yada saldı . Bildirdi ki, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən xalqımıza qarşı törədilən soyqırımlara siyasi qiymət  verilməsini xüsusi vurğuladı. Şagirdlər Hüseyn Abdullayev, Aysun Əliyeva , Hüseyn Məmmədzadə,Hüseyn Cəbrayılov , Höküməxanım Hacızadə ,Cəmilə Gülməmmədli  soyqırıma aid çəkdikləri rəsmləri nümayiş etdirərək məlumat verdilər.Fərrux Daşdəmirov mövzuyla bağlı  hazırladığı  videoçarxı nümayiş etdirdi.Aylin Gambarova faciəyə  həsr etdiyi şeirini təqdim etdi.

Şagirdlər  çəkdiyi rəsmlərdə , söylədikləri şeirlərdə ,məlumatlarda  soyqırımın bəşəri cinayət olmasını faktlarla çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi