“Xocalı-qan yaddaşı” adlı tədbir keçirildi

26 fevral 2020-ci il tarixində məktəbimizdə Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı ibtidai siniflərdə həm sinifdaxili maarifləndirici,həm də böyük tədbirlər keçirildi.Bədxah qonşularımız tərəfindən xalqımızın başına gətirilmiş bu soyqırımın əsl mahiyyəti ilə əlaqədar müxtəlif şəkillər,videoçarxlar,məruzələr öz əksini tapdı.

II“F” sinfi sinif rəhbəri Əfsanə Əliyevanın təşkilatçılığı ilə “Xocalı-qan yaddaşı” adlı tədbir keçirdi.Tədbirdə şagirdlər həmin günün kədərini,acısını,həmin gecə yaşanan dəhşətli hadisələri öz ifaları,şeirləri və kiçik səhnəcikləri ilə tamaşaçılara hiss elətdirdilər.Bundan başqa həmin çətin günlərdə böyük şücaət göstərmiş bir çox Milli Qəhrəmanların,o cümlədən Çingiz Mustafayevin də xatirəsi yad edildi.Sonda balacalar ürekdən səsləndirdikləri vətənpərvər ifaları ilə Azərbaycanın parlaq gələcəyi əmin əllərdədir və hər zaman güclü ordusu,təhsili,inkişafı ilə düşməni məğlub etməyə qadirdir.

Tədbirdə məktəb rəhbərliyi,müəllimlər,şagirdlər və valideyinlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi