Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

26 fevral 2020-ci il tarixində tarix müəllimləri Şahnaz Dadaşova, Vəsilə Əliyeva, Sürayə Bayramova və təşkilatçı Elnarə Kərimovanın  rəhbərliyi ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı-bəşəri cinayət” adlı ədəbi-bədii kompozisiya keçirildi. Məktəbin VII-XI sinif  şagirdləri soyqırıma həsr olunmuş səhnəciklər təqdim etdilər,bayatılar, ağılar, şeirlər söylədilər.Aparıcılar : Yusif İsmayılov və  Səkinə Məmmədova “ Xocalı soyqırımı” haqqında hazırladıqları geniş məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdılar.Tədbir zamanı göstərilən slaydlar vasitəsilə tədbir iştirakçıları qaniçən ermənilərin törətdikləri vəhşiliklərin bir daha şahidi oldular. “Xocalı soyqırımı”nın  dünyaya tanıdılmasında Azərbaycanın milli  qəhrəmanı Çingiz Mustafayevin əvəzsiz xidmətləri xüsusi qeyd edildi. Tədbir  möhtəşəm “Bayraq” rəqsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi