Açıq dərs keçirildi

22 fevral 2020-ci il tarixində coğrafiya müəllimi Aynurə Rəcəbova 8a sinfində “Okeanlarda suyun hərəkəti” mövzusunda açıq dərsi keçirildi. Fənn müəllimi və metodbirləşmə sədri Sevinc Kərimova , Əzizə Səlimova, coğrafiya müəllimi Fərid Abdinov, biologiya müəllimi Sevil Cəfərova və fizika müəllimi Rəhimə Əşrəfova iştrak etdilər. Açıq dərsin mövzusu suyun hərəkət formalarını fərqləndirmək, suyun hərəkət səbəblərini düzgün izah etmək idi. Müəllim motivasiya mərhələsində şagirdlərə mövzu ilə bağlı yönəldici suallar verdi. Şagirdlər qruplara bölündü və “Cərəyan”, “Dalğa”, “ Qabarma-Çəkilmə”, “Sunami” adları altında iştrak etdilər. Hər qrupa iş vərəqləri paylanıldı və əldə olunan məlumatlar sistemləşdirildi. Qrup liderləri öz işlərini təqdim etdilər. Sonda qiymətləndirmə meyarlarına uyğun olaraq şagirdlər qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi