Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlər keçirildi

Bildiyimiz kimi 21 fevral tarixi YUNESKO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilmişdir.Bu günün mahiyyəti ondan ibarətdir ki,ana dili hər bir millətin nümayəndəsi üçün onun mənəvi aləminin,dünyagörüşünün zənginləşməsində,öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.Ana dilinin təməli ilk olaraq ibtidai təhsillə qoyulur və insanın bir şəxsiyyət kimi formalaşmasında ana dilini mükəmməl öyrənməsinin rolu çox böyükdür.Məhz bu səbəbdən 21 fevral 2020-ci il tarixində ibtidai sinif müəllimləri tərəfindən bu günlə əlaqəli həm siniflərdə,həm də akt zalında böyük tədbirlər planı həyata keçirildi.Belə ki,siniflərdə müəllimlər öz şagirdləri ilə birlikdə ana dili ilə əlaqəli şeirlər,səhnəciklər ifa etdilər.Müəllimlər bu günün əhəmiyyəti,tarixi və Azərbaycanın müstəqilliyindəki rolunu şagirdlərə ətraflı izah etdilər.Dilimizdə işlənən yanlış və özgə dildən olan kəlimələri işlətməməyi onlara dönə-dönə tapşırdılar və buna aid kiçik plakatları göstərdilər.Akt zalında keçirilən böyük tədbir isə I“D“  sinfinin sinif rəhbəri Gülüs Əhmədova tərəfindən təşkil olunmuşdu.Tədbirdə şagirdlər ana dilinə olan sevgilərini,vətənə,dövlətə bağlılıqlarını kiçik səhnəciklərlə nümayiş etdirdilər.Azərbaycan dilinə aid mahnılar,şeirlər səsləndirdilər.İnsanın həyatının istənilən mərhələsində və yaşadığı sevincli,kədərli anlarda,ailələri,yoldaşları ilə ünsiyyətdə dilin necə böyük rola malik olduğunu bizə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi