Ana Dili Günü ilə bağlı “Dəyirmi masa” keçirildi

21 fevral 2020-ci il tarixində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar ”Mənim ana dilim-mənim kimliyim” adlı ”Dəyirmi masa” keçirilmişdir. Müəllimlər qədim tarixə malik olan Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı, zərifliyi haqqında çıxışlar etdilər. Şagirdlərdən: Seyidova Həbibə Bəxtiyar Vahabzadənin ”Ana dilim”, Hüseynova Natiq Tofiq Bayramın ”Ana dili”, Zeynalov Davud Xəlil Rza Ulutürkün ”Mənim dilim” şeirlərini əzbər söylədilər. IX sinif şagirdi Paşayeva Aysun isə dilimizin tarixi ilə bağlı apardığı təqdimatı təqdim etdi. Onlar bilirdilər ki, min illərin bütün keşməkeşlərindən alnıaçıq, üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük xəzinə olan dilimizi qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim ən böyük vəzifəmizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi