Dəyirmi masa keçirildi

13.02.2020-ci il tarixində Coğrafiya müəllimi  Fərid Abdinov VII sinif şagirdləri ilə birgə “Azərbaycanın zəngin təbiətinin təbliği” ilə bağlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Azərbaycanın füsunkar təbiəti, zəngin yeraltı və yerüstü sərvətləri haqqında geniş məlumat verən fənn müəllimi mövzu ilə bağlı videoçarx da nümayiş etdirdi. Bundan əlavə VII sinif şagirdlərindən: Ağaverdi Həsənov Azərbaycandakı müxtəlif növ faydalı qazıntılar, Mədinə Məmmədova flora və faunanın qorunması ilə əlaqədar yaradılmış qoruq, milli park və yasaqlar haqqında topladıqları məlumatlarla çıxış etdilər. Şagirdlər işğal olunmuş torpaqlarımızda təbiətimizə - ətraf aləmə dəyən ziyanla bağlı dəqiq statistik məlumatlar və apardıqları araşdırmalar barədə də danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi