Gənc müəllimlərimiz "STEAM İsrail" təlimini uğurla başa çatdırdılar

 Məktəbimizin informatika müəllimi İlahə Nəcəfzadə və fizika müəllimi Rəhimə Əşrəfova eləcədə 50 təhsil mütəxəssisi ötən ilin dekabrında İsraildə, bu ilin fevralında isə Bakıda 5 həftəlik STEAM  (Science, Technology, Engineering, Art and Mathematics) və robotiks təhsil proqramlarının tədrisi istiqamətində keçirilən təlimdə iştirak edib. Təlimin Bitməsi ilə əlaqədar fevralın 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “STEAM” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində  həmçinin Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev, İsrailin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberq, İsrailin ORT məktəb şəbəkəsinin direktor müavini Yoel Rosşild, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbirin sonunda təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.

Gənc müəllimlərimizi təbrik edir və onlara uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi