Məktəbin 3-cu sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər

Yanvarın 28-i məktəbin 3A və 3B sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Məqsəd şagirdlərin  mütaliə  biliyi genişləndirmək, oxuya marağın artırılmasından ibarətdir.

 Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər nağıl otağında Azərbaycan nağıllarını dinlədilər, müasir nağıllarımızı müzakirə etdilər. Uşaqlar, kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablarla, disklər, pazllar ilə  tanış oldular. Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi