Yaşadığımız Bölgənin tarixi və coğrafiyası ilə bağlı ekskursiya

          Multikultural dəyərləri ilə seçilən,müasirləşən və modernləşən Azərbaycan milli mənəvi dəyərlərinə böyuk diqqət və həssaslıqla yanaşır.Milli mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan,əsrlərdən bizə gəlib çatan abidələri,daş yaddaşı,milli əxlaqi dəyərləri ilə yüksək məfkurəyə malik olduğunu göstərir.Eyni zamanda milli mədəniyyətimizi,təhsilimizi ucaldan idealogiyamızı əsas aparıcı xətt kimi təbliğ edirik.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baki  Dövlət Universitetinin 100 illik yubileyndəki nitqindən irəli gələn tədbirlər planında “Yaşadığımız bölgənin tarixi və coğrafiyası“üzrə ekskursiyanın təşkil olunması öz əksini tapmışdır.Bunu əsas göstərərək 7-ci sinif şagirdləri ilə birlikdə Xəzər rayonu Qala arxeoloji etnoqrafik muzey kompleksinə səyahət edildi.Qala  kəndində yerləşən muzeylər kompleksində b. e.ə. 3-2 minilliklərə,həmçinin  14-15 əsrlərə aid muxtəlif tapıntılarla ,tunc dövrünə aid olan qayaüstü və qaya altı yaşayış məskənləri,qayaüstü təsvirlər,qavaldaş,muzey kompleksində isə keramika,məişət əşyaları,silah və sikkələr,kəmərlər şagirdlərin böyuk marağına səbəb oldu.Onlar Qala qəsri ilə yaxından taniş oldular.Müdafiə və istehkam məqsədilə istifadə olunan bu qala 10-12 əsrlərə aid edilir.

        Şagirdlər sonda xalqımızın mənəvi dünyasını zənginləşdirən tarix və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən, milli mənəvi dəyərləri qoruyub saxlamağın müqəddəs borcları olduqlarını öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi