Şəhidlərimiz yad edildi

Azərbaycanın özünün müstəqiliyyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 30 il ötür. Bu münasibətlə  Naidə İsayeva və Gülnarə Bayramovanın təşkilatçılığı ilə Ə.Quliyev adına 121 nömrəli məktəbdə xüsusi tədbir – 20 Yanvar şəhidərinin xatirə gününə həsr olunmuş tədbir həyata keçirildi.

Tədbir başlayan anda Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra həmin gecə şəhid olan vətən oğulları və qızlarımın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin bədii hissəsinə 20 yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoroliklə start verildi. Görüntülər heç bir şərhsiz, olduğu kimi zala toplaşanlara təqdim edildi. Əslində, şərh veriləsi heç bir şey də yox idi. Çünki aşkar görünürdü ki, bu, bir millətə qarşı soyqırım, amansız, vəhşi bir qətliamdır. Azyaşlı məktəblilərin bu videorolikə xüsusi diqqətlə baxdığını sezmək çətin deyildi.

Sonra məktəblilər şeirlər dedilər.

… Ağla, ürək boşalsın,

Ünün göyə baş alsın.

Ağla, dağlar yumşalsın,

Ağla qərənfil, ağla!..

Uşaqların nümayiş etdirdiyi səhnəciklər də maraqlı və təsirli alındı. Şəhid anasının fəryadının təsvir edildiyi səhnə xüsusilə qeyd olunmalıdır.

Ardıcıl səslənən şeirlər, sonda oxunan şəhid mahnısı “20 yanvar faciəsi”nin əsl ruhunu bizlərə çatdıra bildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi