Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı ibtidai siniflərlə söhbət apardı

17 yanvar 2020-ci il tarixində Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Şövkət xanım məktəbimizə qonaq gəldi.O, Azərbaycan İstiqlal Muzeyi barədə kiçik yaşlı şagirdlərlə söhbət apardı.Bu muzeyin tarixi,yaranması,əhəmiyyəti ilə bağlı şagirdləri məlumatlandırdı.Belə ki, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1991-ci il tarixli 9 saylı qərarına əsasən yaradılmışdır. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir. Muzey işçilərinin səyləri nəticəsində 20000 eksponat toplanıb. Bunlar nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır. Muzeydə tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.

IV “B” sinfinin milli vətənpərvər ruhda görülən işlərdə fəallıq nümayiş etdirməsi muzeyin əməkdaşının da diqqətini cəlb etdi.Şövkət xanım şagirdlərin əl işləri ilə tanış oldu,qiymətləndirdi və şagirdləri belə vətənpərvər ruhda tərbiyə etdiyi üçün onların sinif rəhbərləri Ellada Nəcəfovaya təşəkkür etdi.Eyni zamanda onları Azərbaycan İstiqlal Muzeyinə də dəvət etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi