Şən və hazırcavab klublarının yarışlarına start verildi
25 aprel 2016-cı il tarixində məktəbin fəaliyyət planına əsasən istedadlı şagirdlərin aşkarlanması, fərdi bacarıqların üzə çıxarılması,qeyri-adi və xüsusi istedada malik olan şagirdlərlə işin təşkili məqsədilə “ Şən və hazırcavablar klubu”nun ilk məktəb turu keçirildi. Yarışda məktəbin 6-cı sinif şagirdlərinin 5 komandası qalibiyyət uğrunda mübarizə aparırdı. Yarış 5 nominasiya əsasında keçirilirdi. Yarışın obyektiv keçirilməsi üçün münsiflər heyəti kənar məktəblərdən və Binə mədəniyyət evinin işçilərindən təşkil edilmişdi. Ən yüksək bal sistemi ilə 5 komanda arasında 1-ci yerə 22,6 bal qiyməti ilə 6C sinfinin ‘’ Gülə-gülə’’ komandası layiq görüldü. Münsiflər heyətində əyləşən Binə mədəniyyət evinin direktoru Rüstəm müəllim,dərnək rəhbəri Səadət xanım komandalara bu yarışda fəal iştiraklarına və yüksək səviyyədə hazırlıqlarına görə minnətdarlıqlarını bildirərək, bu yarışda olan istedadlı şagirdləri Binə mədəniyyət evində fəaliyyət göstərən müxtəlif dərnəklərə dəvət etdilər. Qalib komanda məktəbimizin direktoru Akif Abdullayev tərəfindən diplomlarla təltif olundu.