Rus dili fənnindən ’’Breyn-Ring’’ keçirildi

Aydan Abdullayevanın təşkilatçılığı ilə X siniflər arasında  ‘’Breyn – Ring’’ yarışı keçirildi. Yarışda əsas məqsəd şagirdlərdə rus dili fənninə qarşı marağı artırmaq, eyni zamanda onlarda rəqabət hissi və məntiqi təfəkkürü inkişaf etdirmək idi. Beləliklə, hər sinifdən beş şagird olmaqla üç onuncu sinifdən olan komandalar qalibiyyət uğrunda mübarizə apardı. Yarışma iki turdan ibarət oldu və hər turda şagirdlərə müxtəlif suallar təqdim olundu. Sualların çoxuna tez və düzgün cavab verən ‘’Пушкин‘’ komandası qalib oldu. Qalib gələn şagirdlər diplom ilə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM