Açıq dərs keçirildi

21 yanvar  2020-ci il tarixində  Çinarə Abbasovanın ingilis dili fənnindən IV “A” sinfində  “Cookies, cookies” mövzusunda açıq dərsi keçirildi. Dərs zamanı motivasiya elektron lövhədə həndəsi fiqurlara aid slaydlar göstərməklə quruldu. “Bu hansı  həndəsi fiqurdur ?  İnsanlar hansı formalı peçenye xoşlayırlar ” kimi tədqiqat sualları səsləndirildi. Şagirdlər “Star”, “Oval”,“Circle” adlı 3 qrupa ayrılmışdı. Hər 3 qrup mövzuya uyğun olaraq müxtəlif  fiqurlar təqdim etdilər. Şagirdlərin qiymətləndirilməsi həm fərdi, həm də qrup şəklində meyarlar üzrə aparıldı. Dərs zamanı slaydlardan, həndəsi fiqurlardan, şagird dərsliyindən istifadə olundu. Dərs maraqlı və aktiv keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi