20 Yanvar Şəhidlərinə aid tədbir keçirildi

17 Yanvar 2020-ci ildə  8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərii Əfsanə Əzizova  və məktəbimizin təsviri incəsənət müəllimi Bayramnisə Quliyeva tərəfindən şagirdlərimizin rəsm əsərlərindən ibarət  20 Yanvar faciəsinə aid sərgi və tədbir keçirildi. Sərgidə məktəbin direktoru Akif Abdullayev və Əfsanə Əzizova şəhidlərimiz haqqında danışdı. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova və İbtidai siniflər üzrə direktor müavini Fatimə Bəşirova da iştirak etdi. Tədbirdə bir dəqiqəlik sükutla şəhidlərimiz yad edildi. Sonda məktəbin adını daşıyan şəhid Əmirəhməd Quliyevin büstünün qarşısına  güllər qoyuldu və yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi