Şagirdimiz uğur qazandı

30 dekabr 2019-cu il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbəsinin Mədəniyyət mərkəzində “Bakı 100 il musiqi gözü ilə” adlı tədbir keçirilmişdir. Tədbirin məqsədi milli mənəvi dəyərlərimizi, musiqimizi, şeiriyyatımızı tərənnüm etmək və bunları Bakının qədim tarixi, keçmişi ilə əlaqələndirmək idi.Tədbirdə bir çox ifalar oldu. Bizim məktəbin incəsənət sahəsində fəal şagirdlərindən olan XI “B” sinif şagirdi Yusif İsmayılov da tədbirdə yaxşı çıxışına görə fəxri fərmanla təltif olundu.Belə ki,o Tahir Rəvanın “Bakı” şeirini səsləndirdi.Fəxri fərmanı şagirdimizə Binə qəsəbə Mədəniyyət mərkəzinin bədii rəhbəri Gülxanım müəllimə təqdim etdi və ona gələcəkdə də bol uğur və yeni nəaliyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi