«Здравствуй Новый год» adlı tədbir keçirildi.

25 dekabr 2019-cu il məktəbdə rus dili fənni üzrə “Здравствуй  Новый год “ tədbiri keçirildi. Tədbiri rus dili müəllimi Afaq Bəşir qızı keçirdi.Tədbirdə  V , VI, VII sinif şagirdləri iştirak etdilər.Tədbirdə  Təlim tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova  və məktəbin müəllimləri Aynur İsmayılova , İlahə Nəcəfzadə  iştirak etdilər. V siniflər  şeirlərlə, VI siniflər kiçik səhnəciklər və mahnılarla tədbirdə çıxış etdilər. V sinif şagirdi İranə “ В лесу родилась елочка “ mahnısını , VI sinif şagirdi  Aytən ispan və flaminqo rəqsi, Sona və Fatimə “Новый год  к нам идет “ adlı mahnı oxudular.Tədbirin sonunda Şaxta baba və qarqız uşaqlara hədiyyələr təqdim edərək onların  sevincini daha da artmasına səbəb oldu. Tədbir uşaqların şam ağacı ətrafında dövrə vurub, rəqs etməsi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi