Məktəbdə rəsm sərgisi keçirildi

22 aprel 2016-cı il tarixində ibtifai sinif müəllimi Gülər Hüseynovanın təşkil etdiyi rəsm sərgisi keçirildi.Sərgiyə Azərbaycan Rəssamlar İttifaqının üzvü,Gənc və Əlil rəssamlar birliyinin sədri Şəmsəddin BöyükduzluƏliyev,birliyin gənc və istedadlı rəssamları öz əsərləri ilə iştirak edirdi.Sərgidə 1-ci sinif şagirdlərinin çəkdiyirəsmlər,dəvət olunmuş peşəkar rəssamların rəsm əsərləri nümayiş olundu.Şəmsəddin Əliyev öz çıxışında bu sənətin dərinliklərindən,bəhs etdi,zalda olan valideynlərin,müəllimlərin və şagirdlərin suallarını cavablandıraraqbu sahə ilə bağlı maraqlı məlumatlar verdi.Sərgi zamanı məktəb şagirdləri və sərgiyə dəvət olunan gənc rəssamlarcanlı olaraq rəsm əsərləri çəkdilər.Fərqlənən şagirdlər çəkdikləri rəsmlərə görə Tərifnamə ilə təltif olundular.Sonda məktəbin direktoru Akif Abdullayev sərginin təşkilində əməyi olan bütün iştirakçılara,dəvət olunan qonaqlaratəşəkkürünü bildirdi.