Gənc idmançı şagirdimiz

Məktəbimiz idmana marağı artırmaq, şagirdləri sağlam həyat tərzinə alışdırmaq üçün bir sıra tədbirlər görür. Bunun nəticəsində məktəbimizin təkcə təhsil sahəsində deyil, eləcə də idman sahəsində fərqlənən istedadlı şagirdləri vardır. Onlardan biri də Güləş idman növündə xüsusi nailiyyətləri ilə fərqlənən  VI "Ə" sinif şagirdi Əbilov Emildir. Emil Gənclər və İdman Nazirliyinin keçirdiyi bir sıra yarışlarda, Azərbaycan Gənc idmançılar təşkilatının keçirdiyi yarışda, Fövqəladə Hallar Nazirliyinin güləş üzrə keçirdiyi yarışlarda yüksək nəticələr əldə edərək diplom və müxtəlif mükafatlarla qiymətləndirilib. Ən son İran İslam Respublikasında keçirilən Güləş üzrə yarışda bütün rəqiblərini məğlub edib.1ci yerə layiq görülərək diplom və medalla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi