“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi

20 dekabr 2019-cu il   saat 0930-da “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. Bütün valideynləri məktəb rəhbərliyi tərəfindən qarşılandı.Təşkilatçı rəhbər Elnarə Kərimova,təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimə Bəşirova və psixoloq Samirə Rzayeva ilkin olaraq valideynlərlə söhbət apardılar.onlara bu tədbirin mahiyyətini izah etdilər.Daha sonra  valideynlər yeməkxana,kitabxana,müxtəlif fənn kabinetləri ilə tanış oldular.Sonra isə rəhbərliyin müşaiyəti ilə valideyinlər siniflərə yönləndirildilər və dərslərdə iştirak etdilər.Onlar apardıqları müşahidələri sonra rəhbərliklə bölüşərək öz irad və təkliflərini irəli sürdülər.Akt zalında keçirilən seminarda təşkilatçı rəhbər Elnarə Kərimova,təlim-tərbiyə işləri üzrə direktor müavini Fatimə Bəşirova və psixoloq Samirə Rzayeva çıxış edərək şagird,müəllim və valideyin üçlüyünün əməkdaşlığının əhəmiyyətini vurğuladılar.Beləliklə,valideynlər məktəbdəki şərait,dərslər və rəhbərliyin işi ilə yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi