III sinif şagirdləri “Toplan” sahibsiz itlərə qayğı mərkəzində oldular

11 dekabr 2019-cu il tarixində IIIb sinif şagirdləri “Toplan” sahibsiz itlərə qayğı mərkəzində oldular. Mərkəzin əməkdaşları şagirdləri iclas zalında qarşıladılar.Əvvəlcə onlara mərkəz və onun fəaliyyəti, daha sonra isə itlər haqqında geniş məlumat verdilər. Şagirdlərə heyvanlara qayğı göstərməyin yollarını öyrətdilər. Əməkdaşlar şagirdlərin suallarını cavablandırdılar. Daha  sonra isə şagirdlər  tam zərərsiz itləri əzizlədilər.Şagirdlər bu görüşdən çox razı qaldılar. Onlar bu vəfalı dostlarla bilavasitə yaxından tanış olaraq, onların tam zərərsiz,qayğıya,sevgiyə ehtiyacı olan canlılar olduğuna özləri əmin oldular. Artıq onlar küçədə qarşılaşacaqları sahibsiz itlərə qarşı necə davranacaqlarını bilirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi