Riyaziyyat fənnindən IX siniflər arasında “Breyn-rinq” keçirildi

        1 dekabr 2019-cu il tarixində beş IX sinif arasında riyaziyyatdan  bilik yarışı keçirildi.Yarış riyaziyyat fənn müəllimləri Adil Səmədov,Aytən Əhmədova və Səyavuş Batıyevin təşkilatçılığı ilə baş tutdu.Hər bir sinifdən biri kapitan olmaqla beş komanda iştirak etdi.Komandalar-IXa-Üçbucaq,IXb-Paralelopiped,IXc-Kub,IXç-Trapesiya,IXd-Silindr adları ilə yarışdılar.Yarış bir mərhələdə keçirildi.Komandalara 10 sual verildi və hər sual 5 balla qiymətləndirildi.Bir suala 3 dəqiqə vaxt verildi.Gərgin keçən mübarizənin sonunda ən yüksək bal toplayan ilk üç sinif I,II,III yerlərə layiq görüldü.Beləliklə,IXb-Paralelopiped I yer,IXç-Trapesiya II yer,IXc-Kub III yeri tutdu.Sonda qaliblər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi