1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
N.Yaqubov adına 120 nömrəli tam orta məktəbdə 31.05.2019-cu il tarixdə ibtidai sinif müəllimi İsayeva Səbinənin təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirdi. Azərbaycan Dövlət himni ilə başlayan tədbirdə şagirdlər şeirlər söylədilər.
5 hissəli tədbirdə -“Məktəb”, “Ana dilim”, “Vətən”, “Ana” və “Müəllim” mövzuları öz əksini tapdı.
Hər hissəyə uyğun şagirdlər səhnəciklər göstərib, şeirlər, mahnılar və rəqslər ifa etdilər.
5 yaşlıların söylədikləri mahnı xüsüsi diqqət cəlb edərək hamının üzündə təbəssüb oyatdı.
Sonda məktəbin direktoru Kamran İsalı və təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Əzizova şagirdlərə öz ürək sözlərini söyləyərək təbrik etdilər.